help

FAQ

Bizimlə əlaqə yaratmaq üçün aşağldakı formadan birbaşa yaza və ya digər əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Qeydiyyat bölümünə daxil olunur və sizə uyğun olan bölüm seçilərək şəxsi məlumatlarınızı daxil edirsiniz

Koda görə axtarış - detalın kodunu bildiyiniz halda sadəcə axtarış bölümünə axtaracağınız kod yazılır və axtarışa verilir Avtomobilə görə axtarış - ardıcıl olaraq avtomobilinizin marka, model, motor məlumatı və sizə seçilməsini tələb edən digər məlumatlar daxil edilərək avtomobil seçilir. Bundan sonra isə axtarmaq istədiyiniz detalın bölümləri seçilir və nəticədə sistem sizi lazımı detallara çıxarır.

Detal müəyyən edildikdən sonra SƏBƏT düyməsini basaraq sifariş listəsi hazırlaya bilərsiz. Sifariş listəsi hazırladıqdan sonra isə SƏBƏT bölümünə daxil olub sifarişin sayını dəyişə, ləğv edə və sifarişə verə bilərsiz. Sifariş tamamlandıqdan sonra sizin sifarişlər satıcılara yönlənir (fərqli satıcılar ola bilər) və satıcılar sizinlə sifarişlə bağlı əlaqə saxlayır.

Çatdırılma ilə bağlı Otobaza saytı heç bir məsuliyyət daşımır. Çatdırılmanı hər bir satıcı özü təşkil edir. Yə`ni satıcı ilə razılaşdırmanız lazımdır.

Alıcı Satıcı ilə razılaşdıraraq ödənişi satıcının tələbinə uyğun edə bilər.

Card to card - kartdan karta ödəniş edərək.
Terminal - MilliÖn, ExpressPay və s. terminallar vasitəsi ilə
Golden Pay - online ödəniş portalı vasitəsi ilə

Malların qarantiya şərtləri Satıcılar tərəfindən müəyyən edilir və bununla bağlı OTOBAZA heç bir məsuliyyət daşımır.

Azərbaycan qanunvericiliyinə əsasən alınmış mallar zədələnmədikdə, istifadə edilmədikdə və paketlənmə pozulmadıqda 14 gün ərzində geri qaytarıla bilər. Bununla bağlı satıcılarla da danışmağınız gərəkir.

Detalın keyfiyyəti ilə bağlı bütün məsuliyyət satıcıların öhdəliyindədir.

Bir ehtiyat hissəsini fərqli mağazalar sata bilər. Ehtiyat hissəsinin qarşısında olan baxış düyməsini basdıqda həmin detalın hansı mağaza tərəfindən satılması ilə bağlı məlumat ətraflı olaraq verilir.
Eyni zamanda baxış bölümündə qeyd olunmuş nömrə ilə əlaqə saxlayaraq satıcının ünvanı barəsində məlumat əldə edə bilərsiz.

Hər bir qeydiyatdan keçmiş Alıcı səxsi qarajını yarada bilər. Bunun 2 yol vardır. İlk səyfədən seçilmiş olan avtomobili qaraja əlavə etmək və Şəxsi məlumatlardakı Qaraj bölümündən əlavə etməklə.
Üstünlüyü - hər səfərində avtomobili bölüm-bölüm axtaraq seçməmək sadəcə bir düymə ilə lazım olan avtomobili seçmək.

Detallar sifarişə verildikdə Mənim Sifarişlərim bölümündə sifariş listəsi hazırlanır və sizə bildiriş göndərilir.
Sifariş hazırlanmanın üstünlüyü ondan ibarətdir ki, sizin sifariş sadəcə siz tərəindən deyil eyni zamanda satıcı və bizim sayt tərəfindən təqib edilir. Bizim üçün sizin sifarişin tamamlanması daha vacibdir ki, siz bir daha bizim sayta müraciət edəsiniz və xidmətlərimizdən məmnun qalasız.

Detalın düzgünlüyü yalnız alıcı satıcı arasında və alıcının bilgilərinə görə müəyyənləşir.Bununla bağlı Otobaza heç bir məsuliyyət daşımır.